Bank Of Baku

«Günay Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə gələn həftə başlayacaq

«Günay Sığorta» yeni səhm emissiyasının yerləşdirilməsinə gələn həftə başlayacaq
# 29 iyul 2010 12:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» ASC-nin adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə 2010-cu ilin avqust ayının 5-də Bakı Fond Birjasında (BFB) başlanacaq. BFB-dən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 050 ədəd, emissiyanın ümumi həcmi isə 1,050 mln. manat təşkil edir.

Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 65,6% artaraq 2,65 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Standard Capital» şirkəti çıxış edəcək.

Qeyd edək ki, bu ilin may ayının 7-də Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti «Günay Sığorta», «Amrah Sığorta» və «Azal Sığorta» şirkətlərinin sığorta fəaliyyətinə verilən lisenziyaların qüvvəsini dayandırıb. Lisenziyanın dayandırılmasına əsas səbəb kimi həmin şirkətlərin maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi barədə dövlət sığorta nəzarəti orqanı tərəfindən verilən təqdimatları icra etməməsi göstərilib.

Nazirlikdən həmin şirkətlərə maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə əməl olunmasının təmin edilməsi ilə bağlı 6 ay vaxt verilib. Bu vaxt çərçivəsində normativlərə əməl etməyən şirkətlərin lisenziyalarının ləğv ediləcəyi bildirilib. Artıq «Amrah Sığorta» və «Azal Sığorta» bütün tələbləri yerinə yetirib.

Xatırladaq ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətləri üçün minimum məcmu kapital tələbi 2010-cu il yanvar ayının 1-nə 2 mln. manat, 2011-ci il yanvarın 1-nə 3,5 mln. manat, 2012-ci il yanvar ayının 1-nə isə 5 mln. manat məbləğində müəyyənləşdirilib. Yeni yaradılan sığorta şirkətləri üçün isə minimum kapital tələbi 5 mln. manat təşkil edir.

«Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalına edilən dəyişikliyə əsasən, şirkət 100% yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR