Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri ilə görüşüb

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri ilə görüşüb
# 29 iyul 2010 12:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın gömrük sistemində həyata keçirilən işlər barədə məlumat verən A.Əliyev iki ölkənin gömrük qurumları arasında mövcud əlaqələrdən razılığını bildirib. Komitə sədri Azərbaycan gömrük xidmətində narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən danışıb, qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.

Z.Çağlayan isə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin xeyli artmasını sevindirici hal kimi dəyərləndirib. Dövlət naziri dövriyyənin bundan sonra da artırılması üçün geniş imkanların mövcud olduğunu, buna həm Türkiyənin, həm də Azərbaycanın yüksələn dinamika ilə inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari əlaqələrin gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR