Bank Of Baku

«Parabank» və «AzSığorta» şirkəti əməkdaşlıq sazişi imzalayıb

«Parabank» və «AzSığorta» şirkəti əməkdaşlıq sazişi imzalayıb
# 29 iyul 2010 12:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC və «AzSığorta» sığorta şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu əməkdaşlıq çərçivəsində «Parabank» öz müştərilərini «AzSığorta» şirkətinin təqdim etdiyi «Səyahət» və «Səfər» siğorta paketləri ilə təmin edəcək.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın 2010-cu ilin iyun ayının 1-nə aktivləri 100,572 mln. manat, kredit portfeli 68,457 mln. manat, depozit portfeli 59,795 mln. manat, məcmu kapitalı 13,288 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR