Bank Of Baku

Cənubi Koreyanın «Central Officials Training Institute»nun nümayəndələri Azərbaycana gəlib

Cənubi Koreyanın «Central Officials Training Institute»nun nümayəndələri Azərbaycana gəlib
# 08 sentyabr 2010 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Overseas Policy Training» proqramı çərçivəsində Azərbaycanda səfərdə olan bu ölkənin «Central Officials Training Institute»nun nümayəndələri İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda olublar.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Fəxri Həsənov qonaqlara Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sosial-iqtisadi siyasət, inkişaf perspektivləri və ölkənin investisiya imkanları barədə ətraflı məlumat verib və bildirib ki, hazırda Azərbaycanda xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb.

Daha sonra qonaqlar üçün Azərbaycanın iqtisadi inkişaf mərhələlərini, xarici ölkələrlə iqtisadi əlaqələrini əks etdirən təqdimat nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR