Bank Of Baku

Azərbaycanda plastik kartların sayı 11% artıb

Azərbaycanda plastik kartların sayı 11% artıb
# 08 sentyabr 2010 14:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda buraxılmış plastik bank kartlarının sayı 2010-cu ilin avqust ayının 1-nə 4 154 min təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 390 min və ya 10,6%, cari ilin əvvəlindən isə 180 min və ya 4,5% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, plastik kartlarla əməliyyatların tərkibində əsas yeri debet kartları tutur.

Belə ki, 2010-cu ilin yanvar-iyul ayları ərzində debet kartları ilə 25 245 min əməliyyat aparılıb, əməliyyatların həcmi 3,037 mlrd. manata bərabər olub. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə əməliyyatların sayı 0,04% azalıb, əməliyyatların həcmi isə 7,4% artıb. Debet kartları üzrə bir əməliyyatın ortalama həcmi 120,3 manata bərabərdir.

Həmin müddət ərzində kredit kartları ilə 1 239 min əməliyyat aparılıb, əməliyyatların həcmi 322 mln. manat təşkil edib. Bu göstəricilər ötən ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 14,5% və 12,2% çoxdur. Kredit kartları üzrə bir əməliyyatın ortalama həcmi 260 manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR