Bank Of Baku

Azərbaycan Mərkəzi Bankında FATF-ın nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Mərkəzi Bankında FATF-ın nümayəndə heyəti ilə görüş keçirilib
# 08 sentyabr 2010 14:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) Bakıda səfərdə olan nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sistemi üzrə Azərbaycanın əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsi və ölkənin FATF-ın «qara siyahısı»ndan çıxarılması üzrə təkliflərin hazırlanması məsələləri müzakirə olunub.

Görüşdə FATF-ın icraçı katibi Kevin Vandertqrift, ABŞ Maliyyə Departamentinin Terrorçuluğun maliyyələşdirilməsi və maliyyə cinayətləri Agentliyinin siyasi məsləhətçisi Kristofer Burdik, Avropa Şurası «Moneywall» Komitəsinin icraçı katibi Con Rinqas, Almaniya Federal Maliyyə Nəzarəti Təşkilatının pulların yuyulmasına qarşı mübarizə bölməsinin rəhbəri Cens Ferhof iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR