Bank Of Baku

ABŞ qəzetlərinin reklam gəlirləri daha 5% azalıb

ABŞ qəzetlərinin reklam gəlirləri daha 5% azalıb
# 08 sentyabr 2010 14:30 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da çap və onlayn qəzetlərin reklam bazarı cari ilin ikinci rübündə azalıb.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə Amerika Qəzetçilər Assosiasiyası açıqlama yayıb.

Açıqlamada bildirilir ki, cari ilin ikinci rübündə ABŞ-da çap və onlayn qəzetlərin reklam bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,55% azalaraq 6,82 mlrd. dollardan 6,44 mlrd. dollara enib.

Ayrılıqda götürdükdə isə, çap nəşrlərinin reklam bazarı 7,62% azalaraq 5,6 mlrd. dollara düşüb, onlayn nəşrlərin reklam gəlirləri 13,9% artıb və 743,9 mln. dollar təşkil edib.

Bununla belə, reklam bazarının azalma templəri də səngiyib. Bu göstərici 2009-cu ilin IV rübündə 23,7%, 2010-cu ilin I rübündə 9,7% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR