Bank Of Baku

Azərbaycan Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyasına rəsmən üzv qəbul olunub

Azərbaycan Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyasına rəsmən üzv qəbul olunub
# 08 sentyabr 2010 14:30 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, Assosiasiya AACCU-ya cari ilin mart ayından üzv olub və bu gün beynəlxalq qurum tərəfindən üzvlük rəsmən təsdiqlənib. «Azərbaycan bu beynəlxalq quruma ildə 1 250 ABŞ dolları üzvlük haqqı ödəyəcək. Üzvlük haqqının həcmi AKİA üçün güzəştli şərtlərlə qəbul edilib», - deyə E.Bağırov bildirib.

Konfransda E.Bağırov AKİA-nın fəaliyyəti, Azərbaycanda kredit ittifaqlarının inkişafı və digər mövzularda geniş məruzə ilə çıxış edib.

Qeyd edək ki, bu ilin sentyabr ayının 3-dən 10-dək AACCU-nun Seulda keçirilən konfransında 500-dən çox nümayəndə iştirak edir.

Xatırladaq ki, AKİA 100 ölkənin üzv olduğu Ümumdünya Kredit İttifaqları Şurasına (WOCCU - World Council of Credit Unions) da (2009-cu ilin mart ayı) üzvdür.

AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 64-ü qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR