Bank Of Baku

“Expressbank” “VISA Inc.” sistemi üzrə sertifikasiya layihələrini başa çatdırıb

“Expressbank” “VISA Inc.” sistemi üzrə sertifikasiya layihələrini başa çatdırıb
# 10 sentyabr 2010 09:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “Expressbank” ASC “VISA Inc.” beynəlxalq kart təşkilatında sertifikasiya layihələrini başa çatdırıb.

«MilliKart» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, cəmiyyət tərəfindən xidmət göstərilən «Expressbank» ASC «VISA Inc.» beynəlxalq kart təşkilatında «VSDC çip kartların emissiyası və ATM ekvayrinqi» üzrə sertifikasiya layihəsini tamamlayıb.

Xatırladaq ki, “Expressbank” 1989-cu ildən 2010-cu ilin mart ayınadək “Azərnəqliyyatbank” adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 10 filialı, 26 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» MMC 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Hazırda «MilliKart» tərəfindən 13 banka xidmət göstərilir. Bu banklar tərəfindən 80 000-dən çox ödəniş kartları emissiya edilib, 200-dən çox bankomat və 2200-dən artıq POS-terminal quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR