Bank Of Baku

Yunanıstan BVF-in kreditinin ikinci tranşını alıb

Yunanıstan BVF-in kreditinin ikinci tranşını alıb
# 11 sentyabr 2010 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu Yunanıstana kreditin ikinci tranşının verilməsini təsdiqləyib. “APA-Economics”in məlumatına görə, tranşın həcmi 2,5 mlrd. avro təşkil edir.

Hazırda borc böhranı yaşayan Yunanıstanda dövlət borcunun azalması istiqamətində ciddi addımlar atılır. Cari ilin ilk 8 ayı ərzində dövlət borcu 14,49 mlrd. avroya enib, halbuki ötən ilin analoji dövründə bu göstərici 21,38 mlrd. avroya bərabər olub.

Ümumilikdə, Yunanıstan hökuməti ilin sonuna kimi dövlət borcunu 39,5% azalmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR