Bank Of Baku

Dünya Bankının vitse-prezidenti Azərbaycana gəlib

Dünya Bankının vitse-prezidenti Azərbaycana gəlib
# 13 sentyabr 2010 07:36 (UTC +04:00)
Dünya Bankının Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 15-dək davam edəcək səfərin məqsədi Azərbaycandakı sosial-iqtisadi inkişafla tanış olmaq, ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, tərəfdaşlar, biznes dairələri və vətəndaş cəmiyyəti ilə ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr aparmaqdan ibarətdir.

«Azərbaycan son bir neçə il ərzində misli görünməmiş iqtisadi artım nümayiş etdirib və bu, yoxsulluğun əhəmiyyətli dərədə azalması ilə nəticələnib. İndi qarşıda duran vəzifə iqtisadiyyatı şaxələndirmək və qeyri-neft ixracını təşviq etməkdir ki, Azərbaycan ortamüddətli perspektivdə güclü, yuxarı-orta gəlirli ölkəyə çevrilə bilsin», - deyə Filip Lö Ueru bildirib.

Azərbaycanda olduğu müddətdə Lö Uerunun Azərbaycan prezidenti İlham Əliyev, hökumətin yüksək səviyyəli nümayəndələri ilə görüşəcəyi, Dünya Bankının dəstəklədiyi iki layihə - Pensiya və Sosial Müdafiə və Ədliyyə Sisteminin Modernləşdirilməsi layihələrinin icrası ilə tanış olacağı gözlənilir.

Dünya Bankı hazırda ölkədə ümumi dəyəri təxminən 2 mlrd. dolları təşkil edən 20 layihəni maliyyələşdirir. Bu layihələr nəqliyyat, su və kanalizasiya, kənd təsərrüfatı və suvarma, səhiyyə və təhsil kimi sahələri əhatə edir.

«Dünya Bankının 2011-2014-cü illəri əhatə edəcək Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyası rəqabət qabiliyyətli qeyri-neft iqtisadiyyatını formalaşdırmaq və daha səmərəli sosial və kommunal xidmətləri göstərmək üçün zəruri olan əlavə vəsaiti və məsləhət xidmətlərini təmin etməsi nəzərdə tutulur», - deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen (Joseph Owen) bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR