Bank Of Baku

Bazel Komitəsi bank kapitallaşmasına dair tələbləri sərtləşdirir

Bazel Komitəsi bank kapitallaşmasına dair tələbləri sərtləşdirir
# 13 sentyabr 2010 10:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bazel Komitəsi yeni «Bazel III» standartını təsdiq edib ki, bu standarta əsasən bank kapitallaşmasına dair tələblər sərtləşdirilir.

«APA-Economics»in «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, yeni standartın əsas bəndi I dərəcəli əsas kapitalın artırılması ilə bağlıdır. Qeyd edək ki, bu kapital bankın məcmu kapitalının likvid ehtiyatının minimal həcmi kimi qəbul olunur. Sözügedən göstərici bankın səhmlərinin dəyəri və bölüşdürülməmiş mənfəətinin məcmusunun bankın məcmu risk aktivlərinə bölünməsi yolu ilə hesablanır. Beləliklə, yeni standarta uyğun olaraq, bu nisbət 2%-dən 4,5%-dək artırılır.

Bundan başqa, hər bir bank öz aktivlərinin 2,5%-i miqdarında xüsusi bufer ehtiyat kapitalı yaratmalıdır. Yeni standartla birinci dərəcəli kapitalın səviyyəsinə tələblər 4%-dən 6%-dək artırılır.

Bankların aktivləri və kapitalına dair yeni tələblərin tətbiqinə 2013-cü ilin yanvar ayından başlanacaq və 2015-ci ilin yanvarınadək yeni tələblərə keçid tam başa çatmalıdır.

Qeyd edək ki, Beynəlxalq Hesablaşmalar Bankı nəzdində fəaliyyət göstərən Bank Nəzarəti üzrə Bazel Komitəsinə 27 ölkənin bank nəzarəti orqanı və mərkəzi bankının nümayəndələri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR