Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Avqustda Azərbaycanda inflyasiya 1,42% olub

İqtisadi Tədqiqatlar Mərkəzi: Avqustda Azərbaycanda inflyasiya 1,42% olub
# 13 sentyabr 2010 11:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması və modellərin işlənilməsi» layihəsi çərçivəsində Azərbaycanın 22 regionunda 2010-cu ilin avqust ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,42% artıb. Bu zaman Bakıda qiymətlər 1,46%, regionlarda isə 1,38% yüksəlib. Bu ilin yanvar-avqust aylarında ölkədə 3,22% inflyasiya olub. Ötən ilin avqustuna nisbətən ölkədə istehlak qiymətləri indeksi 5,89% artıb.

Avqust ayında ərzaq məhsulları üzrə ən çox bahalaşma yer xiyarı (25,46%), ağ kələm (13,26%), yer pomidoru (10,42%), sümüklü mal əti (8,41%), qeyri-ərzaq məhsulları üzrə kəsilmiş taxtalar (5,67%), ən çox ucuzlaşma isə ərzaq məhsullarından qarpız (26, 57%), gavalı (16,10%), qeyri-ərzaq məhsullarından 7-13 yaşlı uşaqlar üçün cins şalvarlar (4,45%), xidmətlərdən isə üzgüçülük qruplarında məşğələlər (12,66%) üzrə qeydə alınıb.

İTM ekspertləri həmçinin avqust ayı üzrə minimum istehlak səbətinin dəyərini (Nazirlər Kabinetinin normativləri əsasında) hesablayıblar. Həmin hesablamalara əsasən, avqust ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 125,3 manat, pensiyaçılar üçün 113,12 manat, 0-14 yaşlı uşaqlar üçünsə 142,52 manat təşkil edib. Avqustda əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 64,5 manat, pensiyaçılar 58,19 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 73,21 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 35,14 manat, pensiyaçılar üçün 31,39 manat, 0-14 yaşlı uşaqlar üçün 51,85 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,66 manat, 22,83 manat və 17,46 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR