Bank Of Baku

Beynəlxalq Sığorta Şirkətinin veb-saytı yenilənib

Beynəlxalq Sığorta Şirkətinin veb-saytı yenilənib
# 13 sentyabr 2010 13:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Sığorta Şirkətinin rəsmi veb-səhifəsi (www.iic.az) yeni tərtibatda istifadəyə verilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yenilənmiş verilən saytda standart məlumatlarla yanaşı, sığorta şəhadətnamələrinin on-line sifarişi bölməsi, sığorta kalkulyatoru və sığorta sahəsinə aid terminlər lüğəti də yerləşdirilib.

Xatırladaq ki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərə 37 sığorta növü üzrə xidmət göstərir. Ötən ilin (2009) nəticələrinə görə, şirkət Azərbaycanın sığorta bazarında lider şirkətlərin ilk üçlüyünə daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR