Bank Of Baku

Tiflisdə “Dünya maliyyə böhranı, müasir idarəetmənin bazar riskləri və problemlərin həlli” mövzusunda konfrans keçirilir

Tiflisdə “Dünya maliyyə böhranı, müasir idarəetmənin bazar riskləri və problemlərin həlli” mövzusunda konfrans keçirilir
# 13 sentyabr 2010 13:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə “Dünya maliyyə böhranı, müasir idarəetmənin bazar riskləri və problemlərin həlli” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə 20 ölkədən 49 nümayəndə iştirak edir. Konfransda Filippin, Almaniya, Azərbaycan, Salvador, Honduras, Ukrayna, Gürcüstan, Koreya, Tanzaniya, Nigeriya və digər ölkələrdən nümayəndələr iştirak edir.

Konfransa Azərbaycan Dövlət Neft Fondunun iki əməkdaşı da qatılıb. Tədbir Dünya Bankının və Gürcüstan Milli Bankının təşkilatçılığı ilə keçirilir. Gürcüstan Milli Bankından APA-ya verilən xəbərə görə, tədbir SIP proqramı çərçivəsində bir həftə davam edəcək. Gürcüstan Milli Bankı artıq iki ildir ki, bu proqramda iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR