Bank Of Baku

«AzSığorta» şirkətinin daxilolmaları son bir ildə 66% azaldıb

«AzSığorta» şirkətinin daxilolmaları son bir ildə 66% azaldıb
# 13 sentyabr 2010 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti 2010-cu ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 7,67 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 65,5% azdır.

Şirkətin İdarə Heyətinin sədr müavini Fuad Sadıqovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 5,8 dəfə artaraq 3,662 mln. manata çatıb. Sığorta haqları üzrə ən çox daxilolmalar «Yanğından icbari sığorta», «Könüllü tibbi sığorta», «Yük sığortası», «Nəqliyyat vasitələrinin (KASKO) sığortası» növləri üzrə toplanılıb.

Ödənişlərdə isə ən çox vəsait «Yanğından icbari sığorta», «Kreditlərin sığortası», «Nəqliyyat vasitələrinin (KASKO) sığortası» növləri üzrə ödənilib.

F.Sadıqov bildirib ki, bu müddət ərzində şirkət tərəfindən sığorta risklərinin 10%-ə qədəri təkrarsığortaya ötürülüb.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Respublika üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR