Bank Of Baku

Koreyalı iş adamlarına Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə məlumat verilib

Koreyalı iş adamlarına Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə məlumat verilib
# 14 sentyabr 2010 07:18 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 8-11-də Koreya Respublikasının Busan şəhərində keçirilmiş “Busan IT EXPO 2010” sərgisi ilə paralel olaraq sentyabrın 9-da Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə 40-a yaxın koreyalı iş adamı üçün işgüzar toplantı təşkil edilib. Səfirlikdən APA-ya verilən xəbərə görə, toplantı zamanı Busan şəhərində fəaliyyət göstərən şirkətlərin Azərbaycanla biznes əməkdaşlığının genişləndirilməsi və həmin şirkətlərin Azərbaycana yatırımlarının təşviq edilməsi məqsədilə müvafiq məlumatlar çatdırılıb və konkret layihələrə dair materiallar koreyalı iş adamlarına paylanıb.

Sentyabrın 10-da isə səfirliyin əməkdaşı V. Əliyev tərəfindən Busan şəhərinin “BEXCO” adlı sərgi mərkəzində 130 nəfərlik auditoriya üçün təqdimat keçirilərək Azərbaycan iqtisadiyyatının inkişaf meylləri və ölkədəki investisiya mühiti, eləcə də Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sənayesinin inkişaf səviyyəsi, bu sektorun inkişafına dair dövlət siyasəti və proqramları haqqında iştirakçılara məlumat verilib və auditoriyanın sualları cavablandırılıb.

Busan şəhəri 3,5 milyonluq əhalisi ilə Koreya Respublikasının ikinci böyük şəhəridir. Busan limanı Koreyanın ən böyük, dünyanın isə beşinci böyük dəniz limanıdır. Şəhərdə əsasən nəqliyyat, logistika, dənizçilik sahələri təmərküzləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR