Bank Of Baku

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər avqustda azalıb

Azərbaycanın XÖHKS sistemi üzrə ödənişlər avqustda azalıb
# 14 sentyabr 2010 09:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) ödənişlərin həcmi 2010-cu ilin avqust ayında 581 mln. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, iyul ayı ilə müqayisədə bu göstərici 49 mln. manat və ya 7,8% azalıb.

Qeyd edək ki, XÖHKS sistemi ilə aparılan ödənişlərin sayı da avqustda azalıb. Belə ki, bu göstərici 23,2% azalaraq 701 minə çatıb.

Ümumilkdə, avqust ayında bir xırda ödənişin ortalama həcmi 828,8 manat təşkil edib və bu, analoji iyul göstəricisindən (690 manat) 20,1% çoxdur. Beləliklə, ödənişlərin sayı və ümumi həcminin azalmasına baxmayaraq, ortalama həcm nəzərə çarpan dərəcədə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR