Bank Of Baku

Avqust ayında ABŞ-ın büdcə kəsiri 90 mlrd. dollardan çox olub

Avqust ayında ABŞ-ın büdcə kəsiri 90 mlrd. dollardan çox olub
# 14 sentyabr 2010 09:28 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Maliyyə Nazirliyi bu ilin avqust ayının yekunları üzrə ölkə büdcəsinin kəsiri haqqında məlumatları açıqlayıb.

APA-Economics”in xəbərinə görə, nazirliyin press-relizində ötən ay büdcə kəsirinin 90,53 mlrd. dollar təşkil etdiyi bildirilir.

Bu rəqəm ekspertlərin gözlədiyi səviyyədən (108 mlrd. dollar) aşağı olub. Bir il əvvəl isə bu göstərici 103,56 mlrd. dollar təşkil edib.

ABŞ-da sentyabrın 30-da başa çatacaq 2009-2010-cu maliyyə ilinin 11 ayının yekunlarına əsasən büdcə kəsiri 1,260 trln. dollar olub. Bir il əvvəl bu göstərici 1,371 trln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR