Bank Of Baku

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər avqustda artıb

Azərbaycanın AZIPS sistemi üzrə ödənişlər avqustda artıb
# 14 sentyabr 2010 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2010-cu ilin avqust ayında 6,824 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, iyul ayı ilə müqayisədə bu göstərici 42 mln. manat və ya 0,6% artıb.

Qeyd edək ki, ödənişlərin sayında azalma baş verib. Belə ki, 2010-cu ilin iyulunda 33 min ödəniş aparılmışdırsa, avqust ayında bu göstərici 30 minə bərabər olub. Beləliklə, ödənişlərin həcmində iriləmə müşahidə olunur ki, iyul ayı ərzində bir ödənişin ortalama həcminin 205,5 min manata bərabər olduğu halda, avqustda bu göstərici 10,7% artaraq 227,5 min manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR