Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti könüllü əmlak sığortası üzrə yeni məhsulunu təqdim edib

«Atəşgah Sığorta» şirkəti könüllü əmlak sığortası üzrə yeni məhsulunu təqdim edib
# 14 sentyabr 2010 10:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti müştərilər üçün könüllü sığortanın «Arxayın sakin» adlı yeni məhsulunu təqdim edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkətin təqdim etdiyi əmlak sığortası məhsulundan istifadə etməklə hər bir vətəndaş daha ucuz sığorta haqqı ödəməklə əmlakını istənilən təhlükələrdən qoruya bilər.
Sığortalı 95 manat sığorta haqqı ödəməklə əmlak sığortası üzrə 20 min manat, məsuliyyət sığortası üzrə isə 1,5 min manat, 115 manat sığorta haqqı ödəməklə əmlak sığortası üzrə 35 min manat, məsuliyyət sığortası üzrə isə 2,5 min manat, 125 manat ödəməklə əmlak sığortası üzrə 50 min manat, məsuliyyət sığortası üzrə isə 3,5 min manat məbləğində sığortalana bilər.
Sığorta obyektinə baxış keçirilməməsi, mənzilin dəyəri göstərilməməsi, ərizə formasının yazılı şəkildə doldurulması üçün tələbin olmaması və müqavilənin ən qısa zamanda tərtib olunması məhsulun əsas üstünlüklərindən hesab olunur.
Xatırladaq ki, «Atəşgah» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR