Bank Of Baku

«DəmirBank» avtokredit və lizinq xidmətlərini genişləndirir

«DəmirBank» avtokredit və lizinq xidmətlərini genişləndirir
# 14 sentyabr 2010 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin müştəriləri avtokredit və lizinq xidmətlərindən daha sərfəli şərtlərlə istifadə edə bilərlər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şərtlərə əsasən müştərilər 15%-dən başlayaraq ilkin ödəniş etməklə 60 ayadək müddətə avtomobil krediti və lizinq xidməti əldə edə bilər. Kreditin və lizinqin məbləği 5 min manatdan başlayır, illik faiz dərəcələri isə 18-26% arasında dəyişir.

Kredit və lizinqə rəsmi dillerdən və digər mənbədən alınan yeni avtomobillər, buraxılış ili 2005-2010-cu illər olan istifadə edilmiş avtomobillər, həmçinin xüsusi endirimlər və şərtlərlə «Toyota», «Honda», «Mitsubishi», «Mazda», «Subaru», «Audi», «Volkswagen», «Chevrolet», «Kia», «Daewoo», «Skoda» və VAZ markalı yeni avtomobillər verilir.

Avtomobil krediti və lizinqi əldə etmək üçün «DəmirBank»ın filiallarına və yuxarıda göstərilən avtomobil markalarının distribyutor və diller salonlarına müraciət etmək olar.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR