Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti uşaqların bədbəxt hadisələrdən sığortalanması üzrə yeni xidmət təklif edir

«Atəşgah Sığorta» şirkəti uşaqların bədbəxt hadisələrdən sığortalanması üzrə yeni xidmət təklif edir
# 14 sentyabr 2010 14:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Atəşgah Sığorta» şirkəti könüllü sığortanın «Arxayın valideyn» - uşaqların bədbəxt hadisələrdən sığorta paketini təqdim edib.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu məhsulu əldə etməklə müştərilər minimal vəsait xərcləməklə övladlarını hər zaman maksimum müdafiə etmiş hiss edə bilər.
Müştərilər cəmi 19 manat ödəməklə övladlarını 1200 manat, 38 manat ödəməklə 2600 manat, 76 manat ödəməklə 5200 manat, 113 manat ödəməklə 7700 manat, 146 manat ödəməklə 10 000 manat, 190 manat ödəməklə 14 000 manat məbləğində sığortalaya bilərlər.
Belə ki, 2-18 yaşında uşaqların bir il müddətinə 24 saat ərzində dünyanın hər yerində, azadolma ödəmədən, yazılı ərizə blankının doldurulması tələb edilmədən, bədbəxt hadisənin bütün mümkün nəticələrindən sığortalanması, bədbəxt hadisə nəticəsində ölüm və əlillik baş verərsə sığorta məbləğinin 100%-nin ödənilməsi və 6 sığorta proqramı üzrə seçim imkanı məhsulun üstünlüklərindən biridir.
Xatırladaq ki, «Atəşgah» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR