Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı «Dinamik stoxastik ümumi tarazlıq modelinin qurulması» mövzusunda treninq keçirir

Azərbaycan Mərkəzi Bankı «Dinamik stoxastik ümumi tarazlıq modelinin qurulması» mövzusunda treninq keçirir
# 14 sentyabr 2010 15:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) iqtisadi proseslərin hərtərəfli modelləşdirilməsi və proqnozlaşdırmasına imkan verən «Dinamik Stoxastik Ümumi Tarazlıq Modelinin qurulması» mövzusunda treninq keçirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, üç gün davam edən treninq dinamik stoxastik ümumi tarazlıq modelinin riyazi-analitik əsasının hazırlanması və ekonometrik metodlardan istifadə etməklə qiymətləndirilməsinə dair məsələlərə həsr olunub. Dünyanın qabaqcıl mərkəzi banklarında istifadə olunan dinamik stoxastik tarazlıq modelləri iqtisadi tsikllərin dərin tədqiqinə və real biznes tsikl modellərinin hazırlanmasına imkan verir. Treninq nəticəsində əldə olunacaq biliklərin iştirakçıların iqtisadi proqnozlaşdırma potensialının təkmilləşdirilməsinə xidmət edəcəyi gözlənilir.

Treninq Polşa Milli Bankının iqtisadiyyat üzrə müşaviri Marsin Kolasa və iqtisadiyyat üzrə eksperti Andrzey Koçietski tərəfindən aparılır.

Treninqdə AMB, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Dövlət Neft Fondu, Azərbaycan Banklar Assosiasiyası və digər təşkilatların nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR