Bank Of Baku

Azərbaycanda bankların mərkəzləşdirilmiş dəstəklənməsi iyulda dəyişməz qalıb

Azərbaycanda bankların mərkəzləşdirilmiş dəstəklənməsi iyulda dəyişməz qalıb
# 15 sentyabr 2010 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan yenidənmaliyyəşdirmə əməliyyatlarının həcmi 2010-cu ilin avqust ayının 1-nə 1 378,4 mln. manat təşkil edib. Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu göstərici son bir ildə 1,8 dəfə, cari ilin əvvəlindən isə 4,8% artıb. İyul ayında isə Mərkəzi Bank tərəfindən banklara verilən kreditlərin ümumi həcmi 0,8% artıb.

Beləliklə, AMB cari ildə ötən il ilə müqayisədə mərkəzləşdirilmiş kreditlərin verilməsini azaldıb. Xatırladaq ki, ötən il ərzində mərkəzləşdirilmiş kreditlərin portfeli 5,7 dəfə artıb ki, bu da ilk növbədə banklarda yaranmış likvidlik problemləri ilə bağlı olub. Hazırda isə Mərkəzi Bank bank sistemində likvidlik probleminin olmadığını vurğulayır və bu şəraitdə yenidənmaliyyəşdirmənin həcminin artırılması həm banklar, həm AMB tərəfindən məqsədəuyğun hesab olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR