Bank Of Baku

«United Credit Bank» nizamnamə kapitalını artırmağa hazırlaşır

«United Credit Bank» nizamnamə kapitalını artırmağa hazırlaşır
# 15 sentyabr 2010 07:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanın «United Credit Bank» ASC-nin səhmdarlarının növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyev bildirib.

V.Əliyevin sözlərinə görə, səhmdarların toplaşmasında əsas məqsəd bankın nizamnamə kapitalının artırılması məsələsini müzakirə etməkdir.

V.Əliyev bildirib ki, nizamnamə kapitalının hansı həcmdə artırılacağı hələ dəqiq məlum deyil. Qeyd edək ki, hazırda bankın nizamnamə kapitalı 12,108 mln. manatdır.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 40,468 mln. manat, kredit portfeli 31,197 mln. manat, depozit portfeli 13,235 mln. manat, məcmu kapitalı isə 12,478 mln. manat təşkil edib. Bankın ölkə üzrə 5 filialı, 5 bankomatı, 7 POS-terminalı və 121 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR