Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati binanın inşası layihəsi üzrə mühəndis-geoloji tədqiqat işləri təxirə salınıb

Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati binanın inşası layihəsi üzrə mühəndis-geoloji tədqiqat işləri təxirə salınıb
# 15 sentyabr 2010 08:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr ayının 7-də elan etdiyi kotirovka sorğusunu təxirə salıb.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, kotirovka sorğusu elanının ikinci lotu üzrə görüləcək işlər müvəqqəti olaraq təxirə salındığından satınalmanın davamından imtina olunub.

Qeyd edək ki, sentyabrın 7-də AMB tərəfindən 3 lot üzrə kokitorvka sorğusu elan olunub. Sorğuda birinci lot üzrə AMB-yə bəzi avadanlıqların (plotter, plotter üçün katric, plotter kağızı, proyektor, proyektor üçün ekran və şreyder) alınması, ikinci lot üzrə AMB-nin inzibati binasının tikinti sahəsində mühəndis-geoloji tədqiqat işləri aparmaq üçün qazılmış quyuların xüsusi məhlullarla doldurulması, üçüncü lotda isə AMB-nin əməkdaşlarının müvafiq ixtisasartırma kurslarında iştirakı qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR