Bank Of Baku

«Muğan Bank» uduşlu istiqrazlar lotereyasının növbəti tirajını keçirib

«Muğan Bank» uduşlu istiqrazlar lotereyasının növbəti tirajını keçirib
# 15 sentyabr 2010 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın «Muğan Bank» ASC-nin baş ofisində uduşlu adsız istiqrazları lotereyasının VII tirajı keçirilib. «APA-Economics»in məlumatına görə, bu tirajda ən iri uduşun sahibi müəyyənləşib. Belə ki, tirajın 139-cu gedişində seriya nömrəsi 000, nömrəsi isə 069045 olan istiqrazın sahibi 25 min manata sahib olub.

Xatırladaq ki, nominal dəyəri 50 manat olan istiqrazlar emitent tərəfindən 10 il müddətinə 400 min ədəd sayla buraxılıb. İkinci tirajdan uduşlu istiqrazların sayı artırılaraq 400-ə çatdırılıb. Bu istiqrazlar adsız, yəni təqdim edən üçün etibarlı sayılan qiymətli kağızlardır. Öhdəliklərə müvafiq olaraq, 10 il müddətində hər 45 gündən bir, cəmi 80 tiraj keçiriləcək və hər bir tiraj haqqında istiqraz sahiblərinə məlumat veriləcək.

Bu məhsulun emissiyası ildə 9% gəlir gətirir. Bundan başqa, illik 2% gəlir dərəcəsi müəyyən edilib. Bu isə o deməkdir ki, əgər istiqrazlar uduşsuz olarsa, həmin istiqrazların sahibi onları təhvil verərkən istiqraz vərəqələrinin üzərindəki bütün nominal məbləği və üstəlik, göstərilən illik faizləri alacaq.

Xatırladaq ki, istiqrazların yeddinci tirajının nəticələri www.muğanbank.az saytında və «Xalq qəzeti»ndə dərc olunacaq.

Təsisçisi dörd fiziki şəxs olan «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 171,618 mln. manat, depozit portfeli 75,828 mln. manat, kredit portfeli 117,278 mln. manat, məcmu kapitalı 24,126 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Bankın respublika üzrə 29 filialı, 32 bankomatı və 70 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR