Bank Of Baku

Asiya İnkişaf Bankının vitse-prezidenti Azərbaycana gəlib

Asiya İnkişaf Bankının vitse-prezidenti Azərbaycana gəlib
# 15 sentyabr 2010 14:22 (UTC +04:00)
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində H.Jao AİB-in Azərbaycanda maliyyələşdirdiyi layihələrin gedişi ilə tanış olacaq, Azərbaycan Nazirlər Kabineti, Maliyyə, Nəqliyyat, İqtisadi İnkişaf nazirliklərində, həmçinin «Azərenerji» və «Azərsu» ASC-də görüşlər keçirəcək.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR