Bank Of Baku

Azərbaycanda kapital bazarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda kapital bazarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 15 sentyabr 2010 14:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasının (BFB) təşkilatçılığı ilə sentyabrın 29-da Bakıda «Kollektiv investisiyalar: beynəlxalq təcrübə və imkanlar» mövzusunda beynəlxalq konfrans keçiriləcək. BFB-dan «APA-Economics»ə verilən məlumata görə, konfransın təşkilində məqsəd Azərbaycan kapital bazarının populyarlaşdırmaq, habelə yerli bazar üçün yeni olan, lakin dünyada geniş tətbiq edilən kollektiv investisiya mexanizmləri barədə biznes dairələrə və potensial investorlara məlumat vermək və bununla kollektiv investisiya alətlərinin bazarda tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

Qeyd edək ki, konfransın keçirilməsi həmçinin Bakı Fond Birjasının yaradılmasının 10 illiyinə həsr olunur. Xatırladaq ki, BFB 2000-cu ilin oktyabr ayının 1-də faəliyyətə başlayıb.

Konfransda iştirak etmək üçün regionun qabaqcıl birjalarının rəhbərləri, London Fond Birjasının təmsilçiləri, Lüksemburq və Böyük Britaniyadan kollektiv investisiya mexanizmləri üzrə nüfuzlu ekspertlər dəvət olunub. Bundan əlavə, konfransın işində hökumətin iqtisadi blokunu təmsil edən qurumların, ölkədə akkreditə olunmuş diplomatik korpusun, yerli biznes qurumları, bank, sığorta və digər maliyyə təşkilatları, eləcə də bazarın peşəkar iştirakçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR