Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib
# 15 sentyabr 2010 16:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103625S seriyalı, ümumi həcmi 6 mln. manat, hərraca çıxarılan həcmi 4 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 11 512,4 min manat təşkil edib. Sifarişlər 99,9226% (gəlirlik 1,00%) – 99,8447 (gəlirlik 2,00%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən notların rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 99,9226% (gəlirlik 1,00%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 800 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin oktyabrın 13-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR