Bank Of Baku

«Royal Bank» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Royal Bank» gələn həftə yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 16 sentyabr 2010 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 20-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Royal Bank» ASC-nin əlavə səhm emissiyasının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 7,5 mln. ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

«RoyalBank» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Chelsea Capital» MMC çıxış edəcək. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 7,3% artaraq 22,139 mln. manata çatacaq.

Qeyd edək ki, «Royal Bank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 156,814 mln. manat, depozit portfeli 69,705 mln. manat, o cümlədən əhalinin əmanətləri 66,261 mln. manat, kredit portfeli 117,397 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 101,496 mln. manat təşkil edib. İyulun 1-nə bankın nizamnamə kapitalı 20,639 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR