Bank Of Baku

Azərbaycanın tədiyə balansının müsbət saldosu 5 mlrd. dollara çatıb

Azərbaycanın tədiyə balansının müsbət saldosu 5 mlrd. dollara çatıb
# 16 sentyabr 2010 07:48 (UTC +04:00)
Belə ki, ötən ilin birinci yarısında saldo mənfi 483 mln. dollar olub.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi 2010-cu ilin yanvar-iyun aylarında xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neft və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıq və xidmətlərin idxalını əks etdirir. Ümumi nəticədə 2010-cu ilin ilk iki rübündə neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 9,9 mlrd. dollar olub.

Tədiyə balansının cari əməliyyatlar hesabında 8 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 10,1 mlrd. dollar məbləğində olub. Bu profisit qeyri-neft sektoru üzrə cari hesabın 2,1 mlrd. dollar məbləğində kəsirini tam örtüb.

Tədiyə balansının əsas göstəriciləri

(mln. dollar)

 

Yanvar-iyun, 2009-cu il

Yanvar-iyun, 2010-cu il

I.Cari əməliyyatlar
hesabının saldosu                                4 480,8                                                 7 961,2
Xarici ticarət balansı                                 5 914,9                                             10 236,4
Xidmətlər balansı                                      - 600,2                                               - 775,8
Gəlirlər balansı                                       - 1 161,4                                            - 1 717,9
- İnvestisiya gəlirlərinin repatriasiyası        - 1 060,9                                            - 1 410,8
Cari transfertlər balansı                                327,4                                                 218,5

II.Kapitalın və maliyyənin
hərəkəti hesabının saldosu               -4 963,8                                                 -2 954,8
Birbaşa investisiyalar                                   93,9                                                    156,5
- Azərbaycana cəlb olunmuş                    1 519,0                                                  1 460,1
- Xaricə yönəldilmiş                                 - 143,7                                                   - 110,6
- İnvestisiyaların repatriasiyası               - 1 281,4                                                - 1 193,0
Kreditlər və digər investisiyalar               - 5 057,7                                                - 3 111,3

III.Tədiyə balansının
ümumi saldosu                                    -483,0                                                 5 006,4



Ötən yarım il ərzində xarici ticarət dövriyyəsi 16,1 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 10,24 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın dünyanın 130-dan çox dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 12,3%-i MDB ölkələri, 87,7%-i isə digər xarici dövlətlərin payına düşüb.

Əmtəə ixracı 2010-cu ilin ilk yarımilliyində 13,2 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft məhsullarının payı 94,7%-ə bərabər olub. Ümumilikdə, xarici dövlətlərə 12 mlrd. dollar məbləğində neft və neft məhsulları ixrac olunub, o cümlədən 746,9 mln. dolları neft emalı məhsullarının, 11,3 mlrd. dolları isə xam neft ixracının payına düşür. İxrac olunmuş xam neftin 10,7 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 607,6 mln. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 63,1 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 544,5 mln. dolları isə ARDNŞ-in payına düşür. Qeyd edək ki, 2010-cu ilin yanvar-iyun aylarında ölkənin qeyri neft-qaz ixracı 702,7 mln. dollar olub.

(mln. dollar)

İxracın strukturu

 

Yanvar-iyun, 2009-cu il

Yanvar-iyun, 2010-cu il

Yanacaq-xammal məhsulları

8 527,7

12 627,4

- neft məhsulları

8 438,3

12 489,4

-digər xammal

89,4

138,0

Maşın və avadanlıq

67,6

223,7

İstehlak malları

242,2

332,7

Digər mallar

6,0

8,2

İxrac cəmi

8 843,5

13 192,0



Hesabat dövrü Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 3 mlrd. dollar təşkil edib. İstehlak malların idxalının ümumi dəyəri 1 306,8 mln. dollar olub ki, bunun da 485,7 mln. dolları ərzaq məhsullarının payına düşür:

(mln. dollar)

İdxalın strukturu

 

Yanvar-iyun, 2009-cu il

Yanvar-iyun, 2010-cu il

İstehlak malları

1 305,7

1 306,8

- ərzaq məhsulları

433,6

485,7

- qeyri-ərzaq məhsulları

872,6

821,1

İnvestisiya yönümlü mallar

320,7

296,8

Digər mallar

1 302,2

1 352,1

İdxal cəmi

2 928,6

2 955,7



Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 10% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və bunun 72,8%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilmiş mallar təşkil edir. Bundan başqa, ölkəyə ümumi məbləği 1 352,1 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR