Bank Of Baku

BVF Qırğızıstana 34 mln. dollar kredit ayırır

BVF Qırğızıstana 34 mln. dollar kredit ayırır
# 16 sentyabr 2010 07:53 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Komitəsi Qırğızıstana 33,73 mln. dollar məbləğində kredit ayrılmasını bəyənib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, kredit bu yaxınlarda ölkədə baş verən iğtişaş və toqquşmalardan sonra iqtisadiyyatın stabilləşdirilməsi məqsədilə ayrılıb.

“İğtişaşlar Qırğızıstan iqtisadiyyatına ciddi təsir edib. Kredit ilk 5,5 ili güzəştli olmaq şərtilə 10 il müddətində ayrılır, 2011-ci ilin sonunadək isə kredit üzrə faizlər ümumiyyətlə hesablanmayacaq”, – deyə BVF-nin açıqlamasında bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR