Bank Of Baku

«MBASK» sığorta şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib

«MBASK» sığorta şirkəti növbəti iri sığorta ödənişini həyata keçirib
# 16 sentyabr 2010 08:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti MAZ (yarımqoşqu) avtomobilinin sığortaçısına 9 120 manat məbləğində (avtomobilin bazar qiyməti) iri sığorta ödənişi həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən «MBASK» sığorta şirkəti öz müştərilərinə 2,110 mln. manatdan artıq məbləğdə ödəniş həyata keçirib ki, bunun da 1,468 mln. manatdan çoxu (70%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşüb.

Qeyd edək ki, «Client Care» xidmətinin həyata keçirilməsi çərçivəsində MBASK şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, «MBASK» şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması ilə yanaşı VİP xidmətləri də göstərir.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına bir fiziki şəxs (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) daxildir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR