Bank Of Baku

«Expressbank» nizamnamə kapitalını artırıb

«Expressbank» nizamnamə kapitalını artırıb
# 16 sentyabr 2010 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC nizamnamə kapitalını 18,16% artıraraq 41 mln. manata çatdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu günlərdə Bakı Fond Birjasında «Expressbank» ASC-nin ümumi məbləği 6,3 mln. manat, hər birinin nominal dəyəri isə 208 manat olan 30 288 ədəd adi adlı sənədsiz səhmlərinin yeni emissiyası yerləşdirilib. Bu artımdan sonra bankın nizamnamə kapitalı 41 mln. manata çatdırılıb.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR