Bank Of Baku

Azərbaycandakı özəl tibb müəssisələrinin işçiləri üçün sığorta üzrə treninq keçirib

Azərbaycandakı özəl tibb müəssisələrinin işçiləri üçün sığorta üzrə treninq keçirib
# 16 sentyabr 2010 12:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Həyat sığortasının inkişafı və tibbi sığorta Komitəsi «Azelcell Telecom» şirkətinin dəstəyi ilə özəl tibb müəssisələrinin işçiləri üçün treninq keçirib. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Qafar Məcidov bildirib.

Q.Məcidovun sözlərinə görə, 4 gün davam edən treninqdə könüllü tibbi sığorta sahəsində çalışan 15 özəl tibb müəssisəsindən 34 əməkdaş iştirak edib.

Q.Məcidov bildirib ki, treninqin keçirilməsində əsas məqsəd özəl tibb müəssisələrində sığortalananlar üçün xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq olub. Treninqin sonunda bütün iştirakçılara sertifikat təqdim olunub. «ASA-nın Həyat sığortasının inkişafı və tibbi sığorta Komitəsi könüllü tibbi sığortanın inkişafı ilə bağlı gələcəkdə də bu cür tədbirlər təşkil etməyi planlaşdırır», - deyə Q.Məcidov qeyd edib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvüdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR