İqtisadi nəzəriyyəyə əsasən, bu əmsalın müxtəlif hesablama mexanizmləri mövcuddur. Bunlardan biri də bankların mövcud kredit portfelinin depozit portfelinə nisbətinin hesablanması əsasında çıxarılır.
Bu əmsalın hesablanması bizə bankların cari likvidliyi barədə məlumat verir. Həmin göstərici daha çox bankda depozit açan müştərilər (hüquqi və fiziki şəxslər) üçün maraqlıdır. Çünki məhz bu kateqoriyadan olan müştərilər üçün bankların onların qarşısında olan öhdəliklərin operativ şəkildə icra etmək qabiliyyətinin qiymətləndirilməsi çox vacibdir.
Aşağıdakı cədvəldə ölkədəki bankların likvidlik əmsalı (01.07.2010-cu il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Kredit/Depozit | |
1 | Birlik Bank | 33,44 |
2 | EuroBank | 26,03 |
3 | Qafqaz İnkişaf Bankı | 13,90 |
4 | Gəncəbank | 8,28 |
5 | NBC Bank | 5,56 |
6 | Kredo Bank | 4,26 |
7 | Günaybank | 4,17 |
8 | AccessBank | 3,99 |
9 | Atrabank | 3,82 |
10 | Zamin Bank | 3,55 |
11 | Azərbaycan Kredit Bankı | 3,52 |
12 | Unibank | 2,67 |
13 | SilkWay Bank | 2,65 |
14 | Nikoil Bank | 2,52 |
15 | Deka Bank | 2,50 |
16 | United Credit Bank | 2,36 |
17 | Melli İran Bankı - Bakı | 2,11 |
18 | Turanbank | 1,93 |
19 | DəmirBank | 1,90 |
20 | Bank of Azerbaijan | 1,89 |
21 | Texnikabank | 1,87 |
22 | Royal Bank | 1,68 |
23 | Bank Standard | 1,60 |
24 | Muğan Bank | 1,53 |
25 | Azərbaycan Beynəlxalq Bankı | 1,44 |
26 | AGBank | 1,44 |
27 | Xalq Bank | 1,39 |
28 | Rabitabank | 1,35 |
29 | Kapital Bank | 1,32 |
30 | Bank of Baku | 1,29 |
31 | Parabank | 1,16 |
32 | Amrahbank | 1,13 |
33 | Bank Respublika | 1,09 |
34 | Bank Avrasiya | 1,09 |
35 | Paşa Bank | 1,09 |
36 | Azər-Türk Bank | 1,07 |
37 | Azərbaycan Sənaye Bankı | 1,01 |
38 | Expressbank | 0,88 |
39 | YapıKredi Bank Azerbaijan | 0,81 |
40 | AtaBank | 0,78 |
41 | Kövsər Bank** | - |
42 | AFB Bank* | - |
43 | Pakistan Milli Bankı – Bakı* | - |
44 | VTB Bank Azerbaijan | - |
45 | BTB Bank* | - |
46 | Naxçıvan Bank* | - |
47 | Debut Bank* | - |
* Bu banklar göstəricilərini təqdim etməyib;
** «Kövsər Bank» İslam bankçılığı prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün faizlə kreditlər təklif etmir.
Likvidlik əmsalına gəldikdə isə, beynəlxalq standartlara əsasən, bu göstəricinin optimal həddi 0,9-dan 1,1-ə bərabər və ya maksimum bundan bir qədər yüksək ola bilər. Yəni, kredit və depozit portfelinin eyni səviyyədə olması daha səmərəli sayılır. Həmçinin, faktiki göstərici 1,1-dən nə qədər yüksək olsa, deməli bankın cari likvidliyi də bir o qədər zəifləyir.
Renkinqdən göründüyü kimi, göstəriciləri verilən 40 bankdan yalnız 8-də («Parabank», «Amrahbank», «Bank Respublika», «Bank Avrasiya», «Paşa Bank» «Azər Türk Bank», «Azərbaycan Sənaye Bankı» və «Expressbank») likvidlik əmsalı normal hesab oluna bilər. Yəni, bu banklar depozit açmaq istəyən müştərilər üçün daha etibarlı bank sayıla bilər.
Qeyd edək ki, siyahıya başçılıq edən «Birlik Bank», «EuroBank» və «Qafqaz İnkişaf Bankı»nda bu əmsal təxminən 13-33 diapazonunda dəyişir. Yəni, bu banklarda kredit portfeli depozitlərin həcmini 13-33 dəfə üstələyir.