Bank Of Baku

Azərbaycana cəlb olunan xarici kapitalın həcmi artıb

Azərbaycana cəlb olunan xarici kapitalın həcmi artıb
# 17 sentyabr 2010 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2010-cu ilin II rübünün yekunları üzrə tədiyyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi məbləği 3,8 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,5 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyalar və xarici kreditlərin hesabına formalaşıb:

(mln. dollar)

Cəlb olunan xarici kapitalın strukturu


 

2009-cu il, 6 ay

2010-cu il, 6 ay

Birbaşa investisiyalar 

1 519,0

1 460,1 

- neft-qaz sektoru 

1 107,9

1 175,1

- digər sektorlar 

411,1

285,0

Kreditlər və digər investisiyalar 

1 013,8

2 309,4

- dövlət təminatlı kreditlər 

216,0

321,5

- dövlət təminatı olmayan kreditlər 

349,8

1 233,8

-- neft-qaz sektoru 

33,8

179,1

-- banklar 

209,0

955,8

-- digərləri 

107,0

98,9

- digər investisiyalar 

448,0

754,1

CƏMİ 

2 532,8

3 769,5



Mərkəzi Bankın tədiyyə balansının şərhinə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1 460,1 mln. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80,5% təşkil edir.

Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin xüsusi çəkisi xarici kapitalın strukturunda 1,5 dəfə artaraq 61,3% təşkil edib. Bu da əsasən dövlət təminatı olmayan cəlb olunmuş kreditlərin artması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR