Bank Of Baku

Yaponiya hökuməti istefaya gedib

Yaponiya hökuməti istefaya gedib
# 17 sentyabr 2010 08:02 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiya hökuməti tam tərkibdə istefaya gedib. “APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, buna səbəb baş nazir Naoto Kanın planlaşdırdığı kadr dəyişiklikləri olub.

İstefa barədə xəbərlər yayıldıqdan bir qədər sonra Naoto Kan hökumətin yeni tərkibini elan edib. Məlum olub ki, yeni kabinetdə hökumətin əvvəlki tərkibinə daxil olmayan yeddi nəfər var.

Naoto Kan xarici işlər, ədliyyə, ticarət, təhsil, səhiyyə, kənd təsərrüfatı, turizm və istehlak işləri nazirlərini dəyişdirib. Müdafiə və maliyyə xidmətləri nazirləri isə öz postlarını saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR