Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı tədiyə balansının tərtibi metodologiyasını təkmilləşdirir

Azərbaycan Mərkəzi Bankı tədiyə balansının tərtibi metodologiyasını təkmilləşdirir
# 17 sentyabr 2010 08:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-EConomics. Azərbaycan Mərkəzi Bankında (AMB) xarici sektorun statistikası, o cümlədən tədiyə balansının metodoloji bazasının təkmilləşdirilməsi və Beynəlxalq Valyuta Fondunun Tədiyə Balansı üzrə 6-cı nəşr yeni metodoloji rəhbərliyinə (Balance of Payments Manual 6-th Edition) uyğunlaşdırılması məqsədilə İsveçrənin SECO təşkilatı ilə texniki yardım barəsində razılaşma əldə olunub.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə SECO-nun təcrübəli eksperti xanım Anna Lennblad Azərbaycanda səfərdədir. Sentyabrın 30-dək davam edəcək səfər çərçivəsində xarici ekspert AMB-nin Statistika Departamentinin müvafiq əməkdaşlarına təlim keçəcək, tədiyə balansının yeni metodologiyaya uyğun tərtibatı, hesabların təsnifləşdirilməsi kimi məsələlərdə texniki yardım göstərəcək. A.Lennblad eyni zamanda ticari və qeyri-ticari əmtəələrin statistik təsnifatı üzrə vahid metodologiyanın tərtib olunmasına da töhvə verəcək.

Missiya dövründə A.Lennblad Mərkəzi Bankda onun texniki dəstəyi ilə yaradılmış Maliyyə Proqramının mövcud vəziyyətini də monitorinq edəcək, sektorlararası əlaqələrin gücləndirilməsi, proqnozlarşdırma və təhlil metodikasının daha da təkmilləşdirilməsi üzrə tövsiyələrini verəcək. Həmçinin, Maliyyə Proqramı çərçivəsində qurulan «Vəsaitlərin axını matrisası»nın və «Maliyyə Sabitliyi Göstəricilərinin Proqnozlaşdırılması» çərçivəsinin tamamlanması üzrə işlər davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR