Bank Of Baku

Avropa İttifaqı və Cənubi Koreya arasında azad ticarət haqqında razılaşma əldə olunub

Avropa İttifaqı və Cənubi Koreya arasında azad ticarət haqqında razılaşma əldə olunub
# 17 sentyabr 2010 08:59 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa İttifaqı (Aİ) və Cənubi Koreya arasında azad ticarət haqqında razılaşma əldə olunub.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu, Aİ-nin Asiya ölkələri ilə ilk belə razılaşmasıdır. Sazişə əsasən, Aİ və Cənubi Koreya beş il ərzində bir-biri ilə ticarətdə proteksionist rüsumların 98,7%-ni ləğv edəcəklər.

Sazişin formal imzalanması bu il oktyabrın 6-da Brüsseldə keçiriləcək Aİ-Cənubi Koreya sammitində baş tutacaq. Hazırda digər Asiya ölkələri ilə də sözügedən razılaşmaların imzalanması məsələsi müzakirə olunur. Hindistanla sazişin dekabrda imzalanması gözlənilir.

Qeyd edək ki, Cənubi Koreya ilə azad ticarət haqqında sazişin imzalanmasına qarşı çıxan yeganə Aİ üzvü İtaliya olub. İtaliya bunun öz avtomobil sənayesinə zərbə vuracağından ehtiyatlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR