Bank Of Baku

«Parabank» müştərilərə «Yığım» əmanət növünü təqdim edib

«Parabank» müştərilərə «Yığım» əmanət növünü təqdim edib
# 17 sentyabr 2010 09:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC müştərilərə pul vəsaitlərini yerləşdirərək gəlir dərəcələrini daima artırmaq məqsədi ilə «Yığım» depozit növünü təqdim edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əmanətin əsas mahiyyəti yerləşdirilən məbləğin artırılabilmə imkanının olmasıdır. Bu əmanət növü iki üsulla həyata keçirilir ki, birincidə əmanətin müddətindən və valyuta mübadiləsindən asılı olaraq faiz dərəcəsi illik 12%-ə qədər artır. Əmanətin minimal məbləği 500 manatdır (dollar, avro), minimal əlavə ediləbilən məbləğ 100 manatdır (dollar, avro). Əmanətə edilən yatırımlar müştəri tərəfindən müqavilə müddətinin sonuna kimi aparılmalıdır.

İkinci üsulda isə əmanətin müddətindən və valyuta mübadiləsindən asılı olaraq faiz dərəcəsi illik 13%-ə qədər artır. Əmanətin minimal məbləği 500 manat (dollar, avro). Minimal əlavə ediləbilən məbləğ 500 manatdır (dollar, avro). Birinci variantdan fərqli olaraq əmanətə edilən yatırımlar müştəri tərəfindən müqavilə müddətinin yalnız yarısına kimi aparılmalıdır.

«Yığım» əmanətini yerləşdirən hər bir müştəri məbləğdən asılı olaraq «Visa» plastik kartını və ona əlavə edilən üstünlükləri ödənişsiz paket şəklində əldə edəcək. Əmanətin bütün şərtləri yerinə yetirildikdə müddətin sonunda müştərinin əmanət hesabına əlavə olaraq müvafiq bonus faizlər keçiriləcək.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR