Bakıda «İqtisadi inkişafın Azərbaycan modeli» mövzusunda beynəlxalq konfrans keçirilib
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən ARİM-in sədri Çinqiz İsmayılov qeyd edib ki, son illər ərzində dünya qlobal maliyə böhranına baxmayaraq, Azərbaycanda bir sıra dövlət proqramları və layihələrin icrası uğurla davam etdirilib. Ç.İsmayılov tədbir barədə məlumat verərək konfransda Azərbaycanın iqtisadi inkişafı modelinin müxtəlif şəkildə təhlil olunacağını bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev hazırda ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirib və qeyd edib ki, hələ 1991-1994-cü illərdə Azərbaycanda ÜDM ildə təxminən 16,5% azalırdı, xarici tcarət dövriyyəsi 42%, əhalinin gəlirləri 3,3 dəfə, əmək haqları 5,7 dəfə, sənaye sahəsi isə 1993-cü ildə 1985-ci illə müqayisədə 50% azalmışdır: «Buna baxmayaraq, artıq 1995-2003-ci illər ərzində ölkədə ÜDM 90%, valyuta ehtiyatları 85 dəfə, əmək haqqları 5,1 dəfə, kənd təsərrüfatı sahəsi 53,9%, xarici ticarət dövriyəsi 4 dəfə artıb, inflyasiyanın səviyyəsi 2,3%-ə endirilib».
Nazir onu da bildirib ki, son 6 il ərzində Azərbaycanda 2 min məktəb inşa olunub, bu da ölkədə fəaliyyət göstərən ümumi məktəblərin 60%-ni təşkil edir: «Artıq Azərbaycan enerji idxalçısından ixrac edən ölkəyə çevrilib ki, ölkənin 85%-i qazlaşdırılıb».
Ş.Mustafayevin sözlərinə görə, 2004-2009-cu il ərzində Azərbaycan 140 ölkə ilə ticarət əlaqələri quraraq ticarət dövriyyəsini 2,9 dəfə artırıb: «Bu müddət ərzində ölkənin ÜDM 2,8 dəfə artıb. Ölkənin valyuta ehtiyatları isə azırda 26 mlrd. ABŞ dolları təşkil edir ki, bu da xarici dövlət borcundan 8 dəfə çoxdur».
Hazırda ölkənin biznes mühiti və ümumiyyətlə iqtisadiyyatı sürətlə inkişaf etdiyini bildirən Ş.Mustafayev indiyadək ölkə iqtisadiyyatına 80 mlrd. dollar vəsaitin yatırıldığını, bunun da yarısından çoxu xarici sərmayələr olduğunu bildirib: «İndiyədək ölkədə 900 min yeni iş yeri açılıb. Ümumiyyətlə, Cənubi Qafqaz regionu iqtisadiyyatında Azərbaycan iqtisadiyyatının ümumi payı 75% təşkil edir».
Tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq əliyev qeyd edib ki, Azərbaycan müstəqliik əldə etdiyi illərin əvvəlində ölkədə neft hasilatı ildə 6-7%, qaz hasilatı isə 9-10% aşağı düşürdü: «Əgər həmin illər ərzində Azərbaycan ildə 9 mln. ton neft və 6 mlrd. kubmetr qaz hasil edirdisə, artıq 2009-cu ildə bu rəqəmlər müvafiq olaraq 50,4 mln. ton və 23,6 mlrd. kubmetrə çatıb».
N.Əliyev Azərbaycanın neft-qaz tarixindən danışarkən qeyd edib ki, ümumiyyətlə Azərbaycan dünyaya son 60 il ərzində 1,6 mlrd. tondan artıq neft verib.
N.Əliyev onu da bildirib ki, əgər bundan öncə Azərbaycanın dövlət büdcəsinin 85-90%-i neftdən asılı idisə hazırda büdcənin yalnız 50%-i neft və qazın hesabına formalaşır və bu asılılıq getdikcə azalır.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə ölkənin neft-qaz tarixindən ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycanda ilk neft 1847-ci ildə hasil edilib, 1901-ci ildə isə hasilatın həcmi 11 mln. ton təşkil edib və bu da ümumi dünya neft hasilatının 50%-ni təşkil edib: «Azərbaycanda illik neft hasilatının ən aşağı həcmi 2,4 mln. ton olub, 1941-ci ildə isə illik hasilat 23,5 mln. ton təşkil edib ki, bu da SSRİ-də istehsal olunan neftin 75%-ni təşkil edib».
ARDNŞ rəsmisi onu da bildirib ki, əgər «Azəri-Çıraq-Günəşli» yataqlar bloku Azərbaycanı neft ölkəsi kimi tanıdmışdırsa, «Şahdəniz» layihəsinin icrasından sonra Azərbaycan özünün qazla zəngin olduğunu da dünyaya göstərib: «Hazırda Azərbaycan Türkiyə, Rusiya, Gürcstan kimi ölkələrə qaz ixrac edir, gələcəkdə isə Yunanıstan və İtaliya kimi ölkələr də Azərbaycan qazını alacaq».
Maliyyə
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq
Xəbər Lenti
Moskvaya doğru hərəkət edən dörd PUA vurulub
Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
DÇ-2026: Avstraliya - Türkiyə oyununda ikinci hissə başlayıb
ABŞ və İran razılaşması bu gün imzalana bilər
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO
DÇ-2026: Şotlandiya Haiti üzərində minimal hesablı qələbə qazanıb
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
NYT: ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir
Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb
DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib
Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib
Tramp Parisdə Makronla görüşəcək
Tovuzda yol qəzası ölümlə nəticələnib - FOTO
Almaniyada II Dünya müharibəsindən qalmış "StuG III" özüyeriyən artilleriya qurğusu tapılıb
Azərbaycan millisi Çövkən üzrə dünya çempionu olub - FOTO
Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Moskvada güclü leysan yağışları fəsadlar törədib - VİDEO
AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
KİV: ABŞ-İran sazişi Netanyahu üçün strateji zərbə ola bilər
Tramp: İranla saziş sabah imzalanacaq, Hörmüz boğazı dərhal açılacaq
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb - FOTO
Kürdəmirdə yük maşını minik avtomobili ilə toqquşub, xəsarət alanlar var
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
İsrail ordusu Livanın cənubunda tuneldə əməliyyat keçirib, 7 "Hizbullah" döyüşçüsü öldürülüb
DÇ-2026: Braziliya Mərakeşlə qarşılaşacaq
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
Emin Əmrullayev Kəlbəcərin yeganə məzununun "Son zəng"ində iştirak edib
Tramp Şahbaz Şərifin ABŞ-İran razılaşmasının yaxın olduğuna dair fikirlərini bölüşür - FOTO
Ermənistanda parlament seçkilərinin yekun nəticələri sabah açıqlanacaq
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
Rəsmi Tehran: ABŞ-la razılaşma yekun saziş deyil, nüvə məsələsi müzakirə olunmur