Bank Of Baku

«Turanbank»ın aktivləri son bir ildə 55% artıb

«Turanbank»ın aktivləri son bir ildə 55% artıb
# 17 sentyabr 2010 10:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin ümumi həcmi 2010-cu ilin sentyabr ayının 1-nə 130,4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54,9% çoxdur. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 42,2% artaraq 93 mln. manata, depozit portfeli 2,2 dəfə artaraq 51 mln. manata, o cümlədən əhalinin müddətli əmanətlərinin həcmi 93,2% artaraq 31,1 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bankın ümumi gəlirləri 9,9 mln. manat təşkil edib və bu, 2009-cu ilin analoji dövrü ilə müqayisədə 26,3% çoxdur. Hesabat dövrünə bankın balans mənfəəti 2,5 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı son bir ildə 7,6% artaraq sentyabrın 1-nə 21,6 mln. manata, nizamnamə kapitalı isə 8,8% artaraq 18,5 manata bərabər olub.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 11 bankomatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR