Bank Of Baku

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim olunub

Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim olunub
# 17 sentyabr 2010 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin kollegiya iclası keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycanın 2011-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri müzakirə edilib.

Kollegiyada çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, 2011-ci il dövlət büdcəsinin layihəsi dövlət başçısının Azərbaycanın inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq, «Büdcə sistemi haqqında» qanunun tələbləri, Azərbaycanın 2011-ci il və sonrakı üç il üzrə proqnoz göstəriciləri, dünyada səngiməkdə olan maliyyə-iqtisadi böhranın ehtimal olunan təsirləri və dövlət büdcəsinin gəlirlərinin təmin edən, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların sifarişləri nəzərə alınmaqla tərtib olunub.

Nazirin sözlərinə görə, 2011-ci il dövlət büdcəsi xərclərinin layihəsinin tərtibi zamanı dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyini təmin etmək, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin maliyyə təminatının yaradılmasına üstünlük verilib.

Kollegiya Azərbaycanın 2011-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini bəyənərək «Büdcə sistemi haqqında» qanunun 11.5-ci maddəsinə müvafiq olaraq Azərbaycan Nazirlər Kabinetinə təqdim olunması haqqında qərar qəbul edib.

Qeyd edək ki, kollegiyada Maliyyə Nazirliyinin bir sıra cari məsələləri də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR