Bank Of Baku

«MBASK» şirkəti avtosığorta üzrə proqressiv tarif sistemi tətbiq edib

«MBASK» şirkəti avtosığorta üzrə proqressiv tarif sistemi tətbiq edib
# 17 sentyabr 2010 11:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti müştərinin və sığortalanmış avtomobilin risk dərəcəsindən asılı olan yeni tarif sisteminin tətbiqinə başlayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni sistemdə şirkətin müştərisi skorinqin nəticələrinə və bu müştərinin hansı kateqoriyaya aid olmasından asılı olaraq, avtosığorta üzrə standart tariflərə yeni endirimlər əldə edəcək.

Kateqoriyalar konkret müştəri və ya sığorta edilmiş avtomobillə bağlı olan risklərdən asılı olaraq müəyyən ediləcək. Avtosığorta üzrə müqavilələrin bərpa olunması zamanı, müştərilərin kateqoriyaları və müvafiq olaraq, endirimin ölçüsü bu və ya digər müştərinin itki tarixindən asılı olaraq dəyişəcək.

Şirkətin İdarə Heyəti sədrinin birinci müavini Rəşad Abbasovun sözlərinə görə, yeni sistemi tətbiq etməklə, şirkət faktiki olaraq tariflərin fərdiləşdiləşdirilməsinə keçib: «Məntiq kifayət qədər sadədir. Avtosığorta üzrə müştərilər eyni ola bilməz. Eyni zamanda, onların sığorta etdiyi avtomobillər də fərqlənir. Müştərilərin sığorta hallarının tezliyi də müxtəlifdir. Lakin, avtosığorta üzrə müştərilərin təəssüfünə səbəb olaraq, əksər hallarda onlar standart tariflər və standart endirimlər ala bilir. Proqressiv tarif tətbiq etməklə, biz müştərilər arasında fərq qoyuruq, hər bir müştərimizə fərdi qaydada yanaşırıq».

R.Abbasov həmçinin qeyd edib ki, yeni tarif sisteminin tətbiqi ilə eyni vaxtda, «MBASK» şirkəti «Insite» şirkəti ilə müqavilə bağlayaraq, Azərbaycan bazarında avtomobillərin orta bazar dəyərinin avtomatlaşdırılmış hesablama sisteminin istifadəçisi olub. Avtomatlaşdırılmış qiymətləndirmə sistemi avtomobilin dəyərinin, «Insite» şirkətinin İnternet səhifəsi vasitəsi ilə on-layn rejimdə, avtomobilin seçilmiş parametrlərinə müvafiq olaraq, hesablamaq imkanı verir. «Avtomobilin dəyərinin qiymətləndirilməsi məsələsi şirkət üçün hər zaman aktual olub. Bu məsələnin həll edilməsi üçün biz ekspertlərə müraciət etmişdik, müxtəlif İnternet portallarında avtomobillərin dəyərini yoxlayırdıq, avtomobil bazarında identik avtomobilin dəyərini tapmağa cəhd edirdik, avtodillerlərin xidmətindən istifadə edirdik. Qeyd olunan sistem özü ilə bütün sadalananları əvəz edir, eyni zamanda istifadədə asandır və kompüterdən aralanmadan, bir neçə saniyə ərzində avtomobilin dəyərini qiymətləndirməyə imkan verir», - deyə R.Abbasov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR