Bank Of Baku

Azərbaycan Türkiyə iqtisadiyyatına sərmayələrini artıracaq

Azərbaycan Türkiyə iqtisadiyyatına sərmayələrini artıracaq
# 17 sentyabr 2010 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev- APA-Economics. Yaxın 2-3 il ərzində Azərbaycan Türkiyəyə yatırdığı sərmayəni təxminən iki dəfə artıracaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq əliyev bildirib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 2-3 mlrd. ABŞ dolları təşkil edir ki, yaxın 2-3 il ərzində sözügedən sərmayənin həcmi 5 mlrd. dollara çatacağı gözlənilir.

N.Əliyev onu da bildirib ki, eyni zamanda Azərbaycan Gürcüstan iqtisadiyyatına da iri həcmdə sərmayələr yatırmaqdadır.

Qeyd edək ki, 2010-cu ilin yanvar-iyul ayları ərzində Türkiyə tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 57,3 mln. manat təşkil edib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyaların strukturunda Türkiyə sərmayələrinin xüsusi çəkisi 5,9% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR