Bank Of Baku

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 48% artıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 48% artıb
# 17 sentyabr 2010 13:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2010-cu ilin I yarımilliyi üzrə tədiyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1 977,8 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 1 847,8 mln. dolları və ya 93,4%-i Azərbaycandan aparılan ödənişlər təşkil edib.

Azərbaycandan ödənişlərin əsas hissəsini (1 440,8 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərinin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (62,9 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (88,3 mln. dollar) təşkil edir.

Gəlirlərlə bağlı ölkəyə daxil olmuş vəsait 2010-cu ilin 6 ayında 130 mln. dollar olub. Bunun tərkibində əsas yeri Dövlət Neft Fondu və Mərkəzi Bankın xətti ilə daxil olan vəsaitlər tutur.

Beləliklə, 2010-cu ilin yanvar-iyun ayları ərzində gəlirlər üzrə tədiyə balansında 1 717,9 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,9% çoxdur. Qeyd edək ki, ümumilikdə gəlirlər üzrə Azərbaycandan aparılan ödənişlər ölkəyə daxil olan ödənişləri 14,2 dəfə üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR