Bank Of Baku

Son bir ildə Azərbaycan iqtisadiyyatı 3,8% artıb

Son bir ildə Azərbaycan iqtisadiyyatı 3,8% artıb
# 17 sentyabr 2010 14:31 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2 939,0 manat (3 657,7 ABŞ dolları) təşkil edib və müqayisəli qiymətlərlə 2,7% artıb.

Yanvar-avqust aylarında iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 4,5%-lik artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi isə 41,9% təşkil edib, 51,6%-i neft-qaz istehsalı və emalı sahələrinin, 6,5%-i isə məhsula və idxala xalis vergilərin payına düşüb.

ÜDM-in strukturunda 66,6% paya malik olan məhsul istehsalı sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,4% artıb. Bu dövrdə sənayedə 14,4 mlrd. manatlıq, yaxud ÜDM-nin 55,1%-i qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,2 mlrd. manatlıq (müvafiq olaraq 4,7%), tikintidə 1,8 mlrd. manatlıq (6,8%) əlavə dəyər yaradılıb.

ÜDM istehsalının 26,9%-i xidmət sahələrinin, o cümlədən 6,7%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərin, 6,3%-i nəqliyyat və anbar təsərrüfatının, 1,2%-i mehmanxana və iaşə xidmətləri sahəsinin, 2%-i informasiya və rabitə xidmətlərinin, 10,7%-i isə sosial və digər xidmət sahələrinin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR